Rusiya sualtı donanması təhlükə altındadır

Ukrayna hərbi kəşfiyyatı Rusiyanın strateji “Borey” sinfinə aid ən yeni nüvə sualtı qayığı “Knyaz Pojarşki”yə dair məxfi məlumatları ələ keçirdiyini bildirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın əlinə döyüş təlimatları, texniki sxemlər, mühəndis hesabatları, ekipaj siyahıları, əməliyyat cədvəlləri və heyətin sağ qalmasına dair tədbirlərlə bağlı məlumatlar keçib. Bu haker hücumu təkcə həmin sualtı qayığı deyil, həm də Rusiyanın Arktikadakı varlığının əsas elementi sayılan bütün “Borey” layihəsi sualtı donanmasını təhlükə altına qoya bilər.
Ekspertlər bu sızıntını “misilsiz” adlandırır və onun regiondakı strateji tarazlığa ciddi təsir göstərə biləcəyini vurğulayırlar.
Pərvin Hacıyeva
11:35 04.08.2025
Oxunuş sayı: 822