ABŞ-də təyyarə qəzaya uğrayıb

ABŞ-nin beşinci nəsil F-35 qırıcı təyyarəsi Kaliforniya ştatında qəzaya uğrayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABC News telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə ABŞ Hərbi Dəniz Qüvvələrinin Lemoore bazası yaxınlığında, ştatın mərkəzi hissəsində baş verib. Təyyarə tarlaya düşüb, pilot isə vaxtında katapult edilərək xilas olub. Qeyd edək ki, onun həyatına heç bir təhlükə yoxdur.
Hadisə ilə bağlı araşdırma aparılır.
Fatimə Məmmədova
09:32 31.07.2025
Oxunuş sayı: 850