İsrail təşkilatından etiraf: “Qəzzada soyqırım var”

İsrailin
iki insan hüquqları təşkilatı Qəzzada
baş verənləri soyqırımı adlandırıb.
Belə
ki, 79 səhifəlik hesabat yayılıb.Hesabatda deyilir ki, İsrailin Qəzzadakı siyasəti, törətdiyi
dağıntılar və rəsmilərin açıqlamaları soyqırımı sübut edir.
Crossmedia.az
xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
İnsan
Hüquqları üçün İsrailli Həkimlər (PHRI)
bildirir ki, İsrail Qəzzanın səhiyyə sistemini qəsdən və sistemli şəkildə
dağıdıb.
Təşkilatların
fikirlərinə görə:
Qəzzada
yaşamaq mümkün deyil, insanlar kütləvi şəkildə ölür. İnfrastruktur və sosial həyat
məhv edilib. Həmçinin, insanlar zorla köçürülür və pis rəftar olunur.
Beynəlxalq
ictimaiyyətin səssizliyi də tənqid olunub. Qeyd edək ki, ABŞ və Avropa ölkələri
bu prosesə göz yummaqda və dəstək verməkdə ittiham olunurlar.
Vurğulayaq
ki, hesabat aclıqdan ölən uşaqların və bağlanan xəstəxanaların fonunda təqdim
edilib.
18:47 29.07.2025
Oxunuş sayı: 1836