Qazaxıstan və ABŞ nadir torpaq metalları üzrə kəşfiyyata başlayır

Qazaxıstanın Kostanay vilayətində yerləşən “Akbulak” sahəsində nadir torpaq metalları üzrə geoloji kəşfiyyat işlərinə start verilib. Crossmedia.az bildirir ki, əldə olunan ilkin məlumatlara görə, ərazidə 349 min ton neodim, disproziy və terbiy ehtiyatları mövcuddur:
“Layihə ABŞ payı 75 faiz olan birgə müəssisə tərəfindən həyata keçirilir. Bu təşəbbüs Qazaxıstanın “filiz – maqnit – texnologiya” ardıcıllığı ilə tam istehsal zəncirinin yaradılması strategiyasında mühüm addım hesab olunur”.
Fidan Xəlilova
11:25 29.07.2025
Oxunuş sayı: 1483