Hesablama Palatası daha üç dövlət qurumunda yoxlama aparıb

Hesablama
Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası
keçirilib.
Crossmedia.az
Palataya istinadən xəbər verir ki, iclasda qurumun I yarımildə fəaliyyəti
müzakirə edilib, müvafiq sənədə kənar dövlət maliyyə nəzarəti tədbirlərinə, həmçinin
büdcə prosesində iştiraka dair icmal-statistik məlumatların daxil edildiyi,
Hesablama Palatasının Strateji Planının icra vəziyyətindən bəhs edildiyi qeyd
olunub. Müzakirələrin nəticəsinə əsasən 6 aylıq məlumatın, həmçinin bəzi nəzarət
tədbirlərinin nəticələrinin rəsmi internet səhifədə yerləşdirilməsi qərara
alınıb.
Daha
sonra iclasda 3 nəzarət tədbirinin nəticələrinə dair auditor hesabatları
müzakirə edilib. Müzakirələrin nəticəsində auditor hesabatlarının təsdiq
olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar tərəfindən aradan
qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul olunub.
Eyni zamanda, iclasda 1 nəzarət tədbirinin başlanılması ilə bağlı proqram
müzakirə olunaraq təsdiq edilib.
Sonda
gündəlikdə dayanan cari məsələlərə baxılıb.
15:53 28.07.2025
Oxunuş sayı: 826