Baş Dövlət Yol Polisi İdarəsindən motosiklet, velosiped və skuter sürücülərinə - ÇAĞIRIŞ

Son
illər mikromobil vasitələrin istifadəsinin artması yol hərəkətində yeni təhlükəsizlik
çağırışlarını gündəmə gətirir. Təhlillər göstərir ki, bu vasitələrin iştirakı
ilə baş verən qəzaların əsas səbəbi sürücülərin şəxsi təhlükəsizlik qaydalarına
əməl etməməsidir.
Crossmedia.az
xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi bu növ nəqliyyat vasitələrinin
sürücülərinə aşağıdakı təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyi bir daha
xatırladır:
- Dəbilqə
(motoşlem) istifadə edin. Qəza zamanı baş nahiyəsini qoruyaraq ölüm və ağır xəsarət
riskini əhəmiyyətli dərəcədə azaldır. Təcrübə göstərir ki, dəbilqə taxan
sürücülərin yaşama şansı ikiqat artır.
- Diz
və dirsək qoruyucularından istifadə edin. Bu vasitələr aşma və toqquşma zamanı
sümük sınıqları və ciddi əzələ zədələrinin qarşısını alır.
-
İşıqqaytarıcı geyim və əşyalar taxın. Sutkanın qaranlıq vaxtı və zəif
işıqlandırılan yollarda hərəkət iştirakçılarının sizi vaxtında görməsinə kömək
edir.
14:19 28.07.2025
Oxunuş sayı: 1085