Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur - RƏSMİ

Rusiyanın
Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar
arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur.
Crossmedia.az Reporta istinadən xəbər verir ki, bu barədəAzərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Qeyd edək ki, iyulun 24-də Rusiyanın Amur vilayətində “An-24” sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib. Məlumata görə, təyyarədə 43 sərnişin (onlardan 5-i uşaq), 6 ekipaj üzvü olub və hadisə nəticəsində bütün sərnişinləri həlak olub.
10:08 28.07.2025
Oxunuş sayı: 881