Azərbaycan ordusunun XTQ hərbi qulluqçuları dağ təlimini başa vurub

Özbəkistan Respublikasının Çimqan şəhərində "Peşəkar dağ təlim kursu"nun buraxılış mərasimi keçirilib.
Kursda iştirak edən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) hərbi qulluqçuları tədris prosesini uğurla başa vurublar.
Crossmedia.az xəbər verir ki, kurs zamanı peşəkarlıq nümayiş etdirərək müvəffəqiyyət qazanan hərbi qulluqçularımıza sertifikat və qiymətli hədiyyələr təqdim olunub.
10:05 27.07.2025
Oxunuş sayı: 1419