"Qarabağ" Avstriyada bu gün ilk yoxlama matçına çıxacaq

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün ilk yoxlama oyununu keçirəcək.
Crossmedia.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi "Metallist" (Xarkov) ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Azərbaycan çempionu Bakıdakı ilk yoxlama matçında "Zirə"ni 4 cavabsız qolla üstələyib.
09:46 07.07.2025
Oxunuş sayı: 889