UFC turnirinin əsas döyüşçüsü Camal Hill Azərbaycana gəlib

İyunun 21-də Bakı Kristal Zalında keçiriləcək Mütləq Döyüş Çempionatı (UFC) turnirinin əsas döyüşçüsü Camal Hill Azərbaycana gəlib.
Crossmedia.az xəbər verir ki, UFC-nin yarım ağır çəki dərəcəsində keçmiş çempionu komandası ilə birlikdə artıq ölkəmizdədir.
Qeyd edək ki, Camal Hill əsas döyüşdə Xalil Rauntri ilə üz-üzə gələcək.
(Report)
17:00 15.06.2025
Oxunuş sayı: 792