“Peking to Paris” retro avtomobil yarışı yenidən Bakıda

Dünyanın ən məşhur retro avtomobil yarışlarından biri olan “Peking to Paris Motor Challenge” ikinci dəfə Azərbaycandan keçir.
Crossmedia.az xəbər verir ki, bu gün Dənizkənarı Milli Parkda, “Yeddi Gözəl” fəvvarəsinin önündə nadir klassik avtomobillərin sərgisi təşkil olunur.
Baku Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşı Əlövsət Heydərov deyib ki, yarış 1907-ci ildən keçirilir: "Bu, doqquzuncu yarışdır. Bu dəfəki yarış Pekində başlayıb. Parisdə başa çatacaq".
Tədbir Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və Baku Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə baş tutur və müxtəlif ölkədən olan avtomobil sahibləri yarışda iştirak edirlər.
Sərgi iyunun 22 də başa çatacaq.(report)
19:23 07.06.2025
Oxunuş sayı: 1244