"Bizim futbolçuların Avropa səviyyəsinə çatmasına hələ çox var" - AQİL ABBAS

Azərbaycan mini futbol komandası 2022-ci ildən sonra yenidən dünya çempionu olub. Xatırladaq ki, 2023-cü ildə də mini futbol komandamız 4-cü yerə layiq görülmüşdü. Mini futbol komandasının qazandığı bu qədər uğur qarşısında milli komandamızın heçbir uğur əldə edə bilməməsi təəssüf hissi doğurur.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas Crossmedia.az-a verdiyi açıqlamada bildirib:
"Mini futbol ayrı şeydi, milli komanda ayrı şey. Bizim oyunçuların səviyyəsi gərək birinci Avropa səviyyəsinə çatsın. Bu da uzun müddət çəkəcək. Həmçinin məşqçidən də çox şey asılıdır".
Ayhan Ağarzayev
14:01 05.06.2025
Oxunuş sayı: 1776