İran prezidenti Ermənistana səfər edəcək

İran prezidenti Məsud Pezeşkian Ermənistana səfər edəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda İran xarici işlər nazirinin müavini Səid Xətibzadə açıqlama verib.
O, bildirib ki, səfərin tarixi hələ müəyyən edilməyib, lakin səfərə hazırlıq artıq başlayıb.
Bundan əvvəl İranın mərhum prezidenti İbrahim Rəisi Ermənistana səfər etməyi planlaşdırsa da, helikopterin qəzaya uğraması səbəbindən səfər baş tutmadı.
11:13 27.05.2025
Oxunuş sayı: 1407