Budapeştdə LGBT yürüşünə qadağa qoyuldu

Macarıstanın paytaxtı Budapeştdə bu həftəsonu keçirilməsi planlaşdırılan LGBT-yürüşə icazə verilməyib. Bu barədəBudapeşt polisinin açıqlamasına istinadən məlumat yayılıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Budapeşt polisi beş hüquq müdafiə təşkilatı, o cümlədən “Amnesty International” və Helsinki Komitəsinin yerli nümayəndəlikləri tərəfindən təşkil olunan yürüş üçün icazə verməkdən imtina edib. Açıqlamada bildirilir ki, qadağa Macarıstan konstitusiyasına bu ilin aprelində edilən dəyişikliklə əsaslandırılıb. Həmin dəyişikliyə görə, uşaqların “fiziki, zehni və mənəvi inkişaf hüququ” digər vətəndaş hüquqlarından üstün tutulur.
Helsinki Komitəsi bildirib ki, polis qərarına qarşı məhkəməyə müraciət edəcək. Hüquq müdafiəçiləri hesab edir ki, LGBT-yürüşünə qoyulan qadağa fərqli düşüncələrin ifadəsinə qarşı siyasi qərəzin və ictimai debatların məhdudlaşdırılmasının göstəricisidir.
Qeyd edək ki, Macarıstanda son illərdə LGBT hüquqları ilə bağlı qanunvericilik sərtləşdirilib və bu, həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olub. Avropa İttifaqı dəfələrlə Budapeştin bu istiqamətdə atdığı addımları tənqid edib.
Fatimə Nəbiyeva
10:52 27.05.2025
Oxunuş sayı: 1440