Hakan Fidan Moskvada Vladimir Putinlə danışıqlar aparıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfəri çərçivəsində əvvəlcə prezidentin müşaviri Vladimir Medinski ilə danışıqlar aparıb, daha sonra Rusiya prezidenti Vladimir Putinlə görüş keçirib.
Crossmedia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşdə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov da iştirak edib.
Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Moskvada keçirilən danışıqlarda əsas diqqət iki ölkə arasında ikitərəfli münasibətlərə yönəlib. Eyni zamanda, Ukrayna məsələsi də müzakirə olunub.
Mədinə Cəlilova
23:45 26.05.2025
Oxunuş sayı: 1587