Fridrix Mers: “Ukrayna artıq Rusiyada hərbi obyektləri vurmaq hüququna malikdir”

Almaniya kansleri Fridrix Mers bəyan edib ki, Ukraynaya silah tədarükündə artıq məsafə məhdudiyyəti yoxdur və bu ölkəyə Rusiya ərazisindəki hərbi mövqeləri vurmaq imkanı verir.
Mersin çıxışından:
“Artıq Ukraynaya silah verilməsində məsafə baxımından heç bir məhdudiyyət yoxdur — nə britaniyalılar, nə fransızlar, nə biz, nə də amerikalılar tərəfindən. Bu o deməkdir ki, Ukrayna indi özünü müdafiə etmək üçün məsələn, Rusiyadakı hərbi mövqelərə zərbə endirə bilər. Əvvəllər bu mümkün deyildi. İndi isə mümkündür. Biz bunu hərbi terminlərlə ‘uzaqmənzilli atəş’ adlandırırıq. Yəni Ukrayna indi arxa cəbhədəki hərbi obyektləri vurmağa qadir silahlarla təchiz edilir”.
Crossmedia.az xəbər verir ki, Kanslerin sözlərinə görə, Rusiya mülki obyektlərə – şəhərlərə, uşaq bağçalarına, xəstəxanalara və qocalar evlərinə qarşı amansız hücumlar həyata keçirir. “Ukrayna belə etmir. Amma yalnız öz ərazisində hücuma qarşı müdafiə ilə kifayətlənən bir ölkə, əslində, özünü yetərincə qoruya bilmir. Ukraynanın müdafiəsi artıq Rusiya ərazisindəki hərbi infrastrukturu da əhatə edir”, – deyə Mers vurğulayıb.
Mədinə Cəlilova
22:45 26.05.2025
Oxunuş sayı: 1762