Türkiyə və Rusiya rəsmiləri Moskvada görüş keçirib

Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski ilə görüşüb. Bu barədə məlumat Türkiyə Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında paylaşılıb, — “Anadolu Agentliyi” xəbər verir.
Crossmedia.az xəbər verir ki, görüş Türkiyə xarici işlər nazirinin Rusiya Federasiyasına səfəri çərçivəsində baş tutub. Qeyd edək ki, Vladimir Medinski Rusiya və Ukrayna arasında İstanbulda keçirilən sülh danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri olub.
Nigar Yahyazadə
16:10 26.05.2025
Oxunuş sayı: 1517