Qaziantepdə motosikletçilərdən Qəzzaya dəstək yürüşü

Qaziantepdə motosikletli vətəndaşlar İsrailin Qəzzaya qarşı davam edən hücumlarına etiraz olaraq "Qəzzaya azadlığa yürüyürük" şüarı ilə konvoy təşkil ediblər.
Crossmedia.az xəbər verir ki, aksiya Qaziantep Qüds Platformasının təşəbbüsü ilə, QHT-lərin və vətəndaşların iştirakı ilə baş tutub.
Etirazçılar Türkiyə və Fələstin bayraqları daşıyaraq, “İsrailə lənət olsun”, “Qüds azad olacaq” kimi şüarlarla İsrailin hərbi əməliyyatlarını qınayıblar.
Aksiya çərçivəsində Qurani-Kərim oxunub, dualar edilib və şəhid olan fələstinlilər anılıb. QHT-lər adından çıxış edən Eray Salqut çıxışında deyib:
“Bu gün susmaq, sabah da susmaq deməkdir. İndi birlik və həmrəylik zamanıdır. Fələstinə azadlıq!”
Etiraz aksiyasında AK Partiyanın Qaziantepdən olan millət vəkilləri, QHT və siyasi partiya nümayəndələri, eləcə də çoxsaylı vətəndaş iştirak edib.
Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Qəzzadakı humanitar faciəyə qarşı daha sərt və qətiyyətli mövqe sərgiləməyə çağırıblar.
Aybəniz Səfərova
05:22 24.05.2025
Oxunuş sayı: 882