Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var

Mayın 23-də Rusiya Silahlı Qüvvələri Odessa liman infrastrukturuna iki ballistik raketlə zərbə endirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, zərbə yerli vaxtla saat 14:15 radələrində endirilib.
Hadisə nəticəsində iki nəfər həlak olub, 8 nəfər yaralanıb. Xəsarət alanlardan dörd nəfərin vəziyyəti ağırdır.
Hücumda "İskander-M" tipli iki ballistik raketdən istifadə olunduğu deyilir.
23:44 23.05.2025
Oxunuş sayı: 577