Polşa Hərbi Hava Qüvvələri Rusiya təyyarəsinin qarşısını aldı – NATO-dan göstəriş

Polşa Hərbi Hava Qüvvələri Rusiyaya məxsus Su-24 bombardmançı təyyarəsinin qarşısını alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.
Nazirin sözlərinə görə, Rusiya təyyarəsi təhlükəli manevrlər edib və NATO-nun Avropadakı Müttəfiq Əməliyyatlar Komandanlığının göstərişi ilə Polşa aviasiyası hərəkətə keçib. Təyyarə aşkar olunub, uçuş istiqaməti izlənilib və qarşısı alınıb.
Məlumata görə, Rusiya təyyarəsi Polşa hərbi bazalarının üzərindən uçub və sərhədə yaxın məsafədə şəhər istiqamətinə hərəkət edib.
Xumar Emilqızı
18:30 23.05.2025
Oxunuş sayı: 783