Almaniyadan tarixi addım: 80 ildən sonra ilk dəfə xaricə daimi ordu yerləşdirdi

Almaniyanın 45-ci Zirehli Briqadası Litvaya yerləşdirilib. Bu addım NATO-nun şərq cinahını gücləndirmək məqsədilə atılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, briqadanın Litvaya yerləşdirilməsi münasibətilə rəsmi mərasim təşkil olunub.
Bu, Almaniya Silahlı Qüvvələrinin İkinci Dünya Müharibəsindən bəri ilk dəfə olaraq ölkə xaricində daimi hərbi mövcudluq qurması deməkdir. Almaniya təxminən 5000 əsgəri bu cinahda yerləşdirəcək.
"NATO Almaniyaya arxalana bilər. Biz başa düşürük ki, təhlükəsizlik bizim sərhədlərimizdən başlamır. Bu, müttəfiqlərimizin və tərəfdaşlarımızın onu müdafiə etməli olduğu yerdən başlayır. Ona görə də Litvanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir.
Vilnüsün müdafiəsi Berlinin müdafiəsidir. Bizim ümumi azadlığımız isə geosiyasi xəttlə bitmir - onu müdafiə etməyi dayandırdığımız yerdə bitir", -deyə, Almaniya kansleri Fridrix Merz qeyd edib.
09:22 23.05.2025
Oxunuş sayı: 887