Qazaxıstanda Türk Dövlətləri Təşkilatının daimi nümayəndəliyi açılacaq

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Macarıstanda keçirilən sammitdə çıxışı zamanı ölkəsində Türk Dövlətləri Təşkilatının (TDT) daimi nümayəndəliyinin açılacağını elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Tokayevin sözlərinə görə, Aktaunun türkdilli dünyanın mədəniyyət paytaxtı, Almatının isə gənclər paytaxtı elan olunması ilə yanaşı, iyunun 11–12-də Astanada Türk Dövlətləri Təşkilatının Parlament Assambleyasının iclası da keçiriləcək.
Qeyd edək ki, tədbir çərçivəsində Türk dünyasında əməkdaşlıq və inteqrasiyanın daha da gücləndirilməsi planlaşdırılır.
Xumar Emilqızı
15:16 22.05.2025
Oxunuş sayı: 1085