ABŞ də israilli diplomatlar öldürüldü

ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
İnsident yerli vaxtla saat 21:15 radələrində (Bakı vaxtı ilə cümə axşamı 05:15) baş verib.
Telekanalın məlumatına görə, səfrilik əməkdaşları paytaxtdakı Yəhudi Muzeyində keçirilən tədbirdən çıxdıqları zaman atəşə tutulublar.
08:26 22.05.2025
Oxunuş sayı: 1348