Ermənistan İrana hərbi əməkdaşlıq siqnalı verir

Ermənistanın müdafiə naziri Soren Papikyan ölkəsinin İran istehsalı olan müdafiə texnologiyalarından istifadə etməyə maraqlı olduğunu bildirib.
Crossmedia.az Erməsinistan mətbuatına istinadən xəbər verir ki, nazirin sözlərinə görə, Ermənistan bu sahədə əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırdır:
“Ermənistan İran istehsalı olan müdafiə məhsulları və texnologiyalarından istifadə etməyə hazırdır”, – deyə Papikyan qeyd edib.
O, bu istiqamətdə ikitərəfli əməkdaşlığın mümkünlüyünü vurğulayıb.
Mədinə Cəlilova
00:33 22.05.2025
Oxunuş sayı: 915