Tramp administrasiyası ukraynalılara deportasiya planı hazırlayıb

Tramp administrasiyası ABŞ-dan 200,000-ə qədər ukraynalının deportasiya olunması planını hazırlayıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
Təklifdə könüllü şəkildə öz ölkələrinə qayıdanlara 1,000 dollar maliyyə təşviqi də nəzərdə tutulur.
Bildirilir ki, bu plan yalnız ukraynalılara deyil, həmçinin Haiti, Əfqanıstan, Fələstin, Liviya, Sudan, Suriya və Yəmən kimi münaqişə zonalarından olan digər miqrantlara da şamil olunur.
18:20 21.05.2025
Oxunuş sayı: 866