Belçikanın Ukraynaya hərbi yardım paketinin bəzi detalları açıqlanıb

Aprelin əvvəllərində elan edilən Belçikanın Ukraynaya hərbi yardım paketinin bəzi detalları məlum olub.
Crossmedia.az-ın məlumatına görə hərbi yardım paketinə aşağıdakilər aiddir:
1.Norveçin Kongsberg şirkətinin hazırladığı pilotsuz uçuş aparatlarına qarşı mübarizə kompleksi (Cerberus 20 ədəd).
2.Təxminən 100 ədəd zirehli təcili yardım və yük maşını (Unimog markalı).
3.16 min ədəd atıcı silah.
4.5 ədəd adı açıqlanmayan pilotsuz kater.
5.Sınaqlar üçün nəzərdə tutulan, yeganə nümunə olan Leopard 1A5BE tankı (hərəkətli maket) Cockerill 3105 qülləsi ilə.
Danimarka və Polşa Ukraynaya növbəti, 26-cı və 47-ci hərbi yardım paketlərini hazırlayır. Onların içində nələrin olacağı hələ məlum deyil, amma Polşa paketinin dəyəri 200 milyon avro olacaq.
17:15 21.05.2025
Oxunuş sayı: 597