Böyük Britaniya Ukraynaya dəstəyi davam etdirəcək

Böyük Britaniyanın yeni Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. Danışıqlar zamanı Starmer ölkəsinin Ukraynaya dəstəyinin davamlı olacağını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Britaniya hökumətinin yaydığı məlumata görə, Baş nazir mümkün sülh danışıqları ərəfəsində Ukraynanın ədalətli və davamlı sülhə nail olması üçün yardım göstərməyə sadiq olduğunu vurğulayıb.
Tərəflər həmçinin Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyaları müzakirə ediblər və Rusiyaya təzyiqlərin davam etdirilməsinin vacibliyi ilə bağlı ortaq mövqe sərgiləyiblər.
Baş nazirin ofisi bildirib ki, Böyük Britaniya Ukraynanı həm hərbi, həm də diplomatik sahədə dəstəkləməyə davam edəcək.
Nigar Rəhimova
15:00 21.05.2025
Oxunuş sayı: 707