Xamenei: "Tehran-Vaşinqton danışıqları uğur qazanmayacaq"

Bu gün İranın ali rəhbəri Əli Xamenei Tehran-Vaşinqton danışıqlarından söz açaraq deyib:
"Əlbəttə, keçmiş prezident İbrahim Rəisinin dövründə, həm də indiki halda dolayı danışıqlar (ABŞ və İran arasında) olub, ancaq nəticəsiz qalıb. İndi də danışıqların nəticə verəcəyini düşünmürük. Nə olacağını bilmirik”.
Crossmedia.az bildirir ki , bu barədə “Snn.ir” saytı xəbər verib.
Bundan əlavə, o, ABŞ-ın İranın uranı zənginləşdirməyə imkan verməyəcəyi ilə bağlı bəyanatını “böyük səhv” adlandırıb və Amerika tərəfini “axmaq sözlər” danışmamağa çağırıb.
13:30 20.05.2025
Oxunuş sayı: 573