Türkiyədə baş vermiş zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur

Türkiyədə baş vermiş zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici işlər nazirliyinin mətbuat katibi Ayxan Hacızadə mediaya açıqlamasında bildirib.
Qeyd edək ki, İstanbulda maksimum maqnitudası 6,2-yə çatan bir neçə zəlzələ baş verib. Son məlumatlara görə, zərərçəkənlərin sayı 236 nəfər təşkil edib.
21:47 24.04.2025
Oxunuş sayı: 1070