Hərbi qulluqçumuz NATO kursunu uğurla tamamladı

Azərbaycanın hərbi qulluqçusu NATO Müdafiə Kollecinin Regional Əməkdaşlıq kursunu uğurla başa vurub.
Bu barədə Crossmedia.az Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir.
Bildirilib ki, cari ilin 24 aprel tarixində İtaliyanın paytaxtı Roma şəhərində yerləşən NATO Müdafiə Kollecinin növbəti buraxılışı keçirilib. Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Elnur Xudayəttinov 33-cü NRCC Nato Regional Əməkdaşlıq Kursundan müvəffəqiyyətlə məzun olub.
Qeyd edilib ki, Azərbaycan Müdafiə Nazirliyi Roma şəhərində yerləşən NATO Müdafiə Kolleci ilə uzun illərdir əməkdaşlıq edir.
"Hərbi qulluqçuların bu kurslarda iştirakı Azərbaycan-NATO tərəfdaşlığının bariz göstəricisidir. Bu kollecdən məzun olan zabitlərimiz Azərbaycan Silahlı Qüvvələri sıralarında layiqincə hərbi xidmət keçirlər", - məlumatda vurğulanıb.
17:03 24.04.2025
Oxunuş sayı: 936