İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü Xankəndidə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü Xankəndidə keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisinin müavini Rövşən Mirzəyev “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər” mövzusunda keçirilən panel müzakirəsində deyib.
“Azərbaycan bu il Xankəndidə ECO Zirvə görüşünün 17-ci iclasını təşkil edəcək. Bu ilki mövzu davamlı inkişaf və iqlimə dayanıqlı iqtisadi əməkdaşlıqdan bəhs edəcək”,-o qeyd edib.
10:35 24.04.2025
Oxunuş sayı: 1275