Əmlak Məsələləri Dövlət Xidmətinin “www.e-emlak.gov.az” portalı ləğv edilir

Mayın 1-dən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlərini təqdim etdiyi Elektron Xidmətlər Portalı (e-emlak.gov.az) ləğv ediləcək. Crossmedia.az quruma istinadən xəbər verir ki, portalda təqdim edilən bütün xidmətlər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına (e-services.economy.gov.az) inteqrasiya edilib.
Məqsəd elektron xidmətlərin vahid portal üzərindən istifadəsi və prosesin sadələşdirilməsidir.
17:59 14.04.2025
Oxunuş sayı: 889