Rusiya: Ukrayna ordusu 1 185 hərbçi itirib
Rusiya Müdafiə Nazirliyi son sutka ərzində Ukrayna ordusunun təxminən 1 185 hərbçi itirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya hava hücumundan müdafiə sistemləri sutka ərzində “Flamingo” tipli yeddi uzaqmənzilli qanadlı raketi vurub.
Nazirliyin məlumatına görə, Rusiya qüvvələri Ukrayna ordusunun istifadə etdiyi nəqliyyat infrastrukturu obyektlərini, hərbi-texniki təchizat anbarını və pilotsuz uçuş aparatlarının istehsal edildiyi sexləri də hədəfə alıb.
14:25 18.10.2026
Oxunuş sayı: 76