"İmişli" "Turan Tovuz"u məğlub edib
Misli Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gəlib.
Yevlax şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0.
25-ci dəqiqədə Dioqo Rollo fərqlənib. Qələbə sayəsində xallarının sayını 7-yə çatdıran "İmişli" doqquzuncu pillədə qərarlaşıb. Tovuz təmsilçisi 14 xalla dördüncü sıradadır.
Günün və turun sonuncu matçında "Kəpəz" "Zirə"ni qəbul edəcək.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" "Araz-Naxçıvan"ı (2:1), "Sabah" - "Qəbələ"ni (4:0) məğlub edib. "Qarabağ" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 3:3.
17:04 18.10.2026
Oxunuş sayı: 71