Mərasim zamanı xaç keşişin üzərinə düşdü - VİDEO
Ekvadorun Qvayaquil şəhərində kilsədə ayin keçirən keşişin üzərinə böyük taxta xaç düşüb və o, hadisə nəticəsində həyatını itirib.
Crossmedia.az xəbər verir ki, “El Periódico” bu barədə məlumat yayıb.
Məlumata görə, keşiş Patrisio Alfredo Sançes Molinari oktyabrın 17-də gündəlik dini ayin keçirirmiş. Bu zaman onun arxasında, mehrabın yerləşdiyi hissənin divarından asılmış böyük taxta xaç qoparaq keşişin üzərinə düşüb.
Hadisə kameraya düşüb. Belə ki, keşiş dini ayini sosial şəbəkələrdə canlı yayımlayırmış.
Qvayaquil arxiyepiskopluğu keşişin vəfat etdiyini özünün “Facebook” səhifəsində təsdiqləyib və mərhumun yaxınlarına başsağlığı verib.
14:02 18.10.2026
Oxunuş sayı: 76