Avtomobil almaq istəyənlərə xəbər: Üç markanın qiyməti dəyişdi
Oktyabr ayında Rusiyada yeni avtomobillərin qiymətlərinə yenidən baxan markaların sırasına Changan, Soueast və VGV də qoşulub. Dəyişikliklər bəzi modellərin bahalaşması, digərlərinin isə ucuzlaşması ilə nəticələnib.
Crossmedia.az xəbər verir ki, “Avtostat” bu barədə rəsmi distribütorların internet saytlarının monitorinqinin nəticələrinə əsasən məlumat yayıb.
Məlumata görə, Changan Star Truck yüngül kommersiya avtomobilinin qiyməti 10 min rubl, yəni 0,5 faiz artıb. Soueast S06 krossoveri isə versiyasından asılı olaraq 70 min rubl ucuzlaşıb. Bu model üzrə qiymət azalması 2–2,3 faiz təşkil edib.
VGV U70 Plus krossoverinin “Lyuks” komplektasiyasının qiyməti də 5 700 rubl və ya 0,2 faiz aşağı salınıb.
Qeyd edək ki, oktyabr ayında Jetour, Aberavto və UAZ markaları da qiymətlərinə yenidən baxıb. Göstərilən dəyişikliklər endirim kampaniyalarını, xüsusi təklifləri və əlavə opsiyaları əhatə etməyən tövsiyə olunan pərakəndə satış qiymətlərinə aiddir.
11:28 18.10.2026
Oxunuş sayı: 62