Lavrovun Tehran səfəri öncəsi ilk ünvanı bəlli oldu
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqə regional səfəri çərçivəsində Bəhreynə gəlib. Səfərin əsas məqsədi Fars körfəzi regionunda gərginliyin azaldılmasına töhfə verməkdir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bəhreyn Lavrovun regional səfərinin ilk dayanacağıdır. Səfərin son mərhələsində Rusiyanın xarici işlər nazirinin Tehrana gedəcəyi və iranlı həmkarı Abbas Əraqçi ilə ikitərəfli danışıqlar aparacağı bildirilir.
10:35 18.10.2026
Oxunuş sayı: 64