Pit Heqsethin 2028-ci ildə prezidentliyə namizədliyi nəzərdən keçirməsi istənilir
ABŞ-nin müdafiə naziri Pit Heqsethin yaxın müşavirləri onu 2028-ci il prezident seçkilərində iştirak etməyi düşünməyə təşviq edirlər. O, ictimaiyyət qarşısında belə bir ambisiyasının olduğunu inkar edir.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın məlumatına görə, Heqsethin müşavirləri onun sərt və ənənəvi kişilik obrazının MAGA hərəkatının tərəfdarları arasında rəğbət qazana biləcəyini düşünürlər. Xüsusilə, vitse-prezident Cey Di Vens namizədliyini irəli sürməmək qərarına gəlsə, Heqsethin şanslarının arta biləcəyi ehtimal olunur.
Bununla belə, Heqsethin prezidentlik yarışında ciddi maneələrlə üzləşəcəyi bildirilir. Bunlara onun siyasi təcrübəsinin az olması, iri donorlarla əlaqələrinin zəifliyi, Pentaqon ətrafında yaranan mübahisələr və ictimaiyyət arasında populyar olmayan İran müharibəsinə dəstəyi daxildir.
06:35 18.10.2026
Oxunuş sayı: 69