Slavyanskda 3 nəfər ölüb
Ukraynanın Slavyansk şəhərinə endirilən aviazərbələr nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya qüvvələri daha əvvəl şəhərin fərdi yaşayış evlərinin yerləşdiyi əraziyə 4 aviasiya bombası atıb. Nəticədə 22 yaşayış evinə ziyan dəyib.
15:05 18.10.2026
Oxunuş sayı: 69