Fransada Makrona istefa çağırışı edildi
Fransada 2027-ci il prezident seçkilərində namizədliyini irəli sürən Florian Filippo ölkədəki etirazlar fonunda Prezident Emmanuel Makronun istefasını tələb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Vətənpərvərlər” partiyasının lideri baş verənlərə görə bütün məsuliyyəti Makronun üzərinə qoyub. O, Fransa hökumətinin uzun illər ərzində cəmiyyətə inteqrasiya olunmayan insanların kütləvi miqrasiyasına şərait yaratdığını iddia edib.
14:38 18.10.2026
Oxunuş sayı: 77