Litvaya naməlum pilotsuz uçuş aparatı düşüb
Litvada naməlum pilotsuz uçuş aparatının yerə düşməsindən sonra NATO qırıcıları havaya qaldırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Litvanın müdafiə naziri Robertas Kaunas bildirib ki, hava təhlükəsinə görə NATO-nun hava hücumundan müdafiə missiyası aktivləşdirilib və obyektin müəyyənləşdirilməsi üçün qırıcılar havaya qalxıb. Lakin əlverişsiz hava şəraiti səbəbindən obyektlə vizual təmas qurmaq mümkün olmayıb.
Nazirin sözlərinə görə, polis son məlumatında aparatın qalıqlarının mülki avtomobilə zərər vurmuş ola biləcəyini bildirib. Təxminən eyni vaxtda Latviyada da hava təhlükəsi barədə məlumat verilib.
Kaunas insidentin Rusiyanın müharibəni genişləndirdiyini göstərdiyini iddia edib.
14:54 18.10.2026
Oxunuş sayı: 63