ABŞ-nin kəşfiyyat təyyarəsi Qara dənizdə müşahidə aparır
ABŞ-yə məxsus Bombardier ARTEMIS II kəşfiyyat təyyarəsi Qara dəniz üzərində uçuş həyata keçirir və Krım yarımadasından yüzlərlə kilometr aralıda qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə uçuş məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, təyyarə oktyabrın 18-də səhər saatlarında Rumıniyada yerləşən “Mixail Koqelniçanu” aviabazasından havaya qalxıb. Daha sonra Qara dəniz istiqamətində hərəkət edən hava gəmisi Moskva vaxtı ilə saat 09:23-də Krımdan yüzlərlə kilometr məsafədə uçub. Təyyarənin son təyinat məntəqəsi barədə məlumat verilməyib.
Bildirilib ki, Bombardier ARTEMIS II Kalininqrad vilayəti ətrafında, eləcə də Rusiyanın cənub bölgələrində vəziyyətin izlənilməsi üçün mütəmadi istifadə olunur.
Əvvəlcə biznes-jet kimi istehsal edilən təyyarə sonradan ABŞ-nin “Leidos” şirkəti tərəfindən radar kəşfiyyatı məqsədilə yenidən təchiz edilib.
13:27 18.10.2026
Oxunuş sayı: 61