Salyanda minik avtomobili aşıb, bir nəfər ölüb
Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Masallı rayon sakini 1979-cu il təvəllüdlü Nəcəfov Nicat Şahbala oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində xəsarət alan Masallı rayon sakinləri - 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova və 1970- ci il təvəllüdlü Müşfiq Mikayılov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, M. Mikayılov xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.(Report)
13:16 18.10.2026
Oxunuş sayı: 71