Türkiyəli narkobaron Almaniyada xəstəxanadan skuterlə qaçırıldı
Almaniyanın Essen şəhərində həbs cəzası almış, lakin barəsindəki hökmlər qüvvəyə minməmiş Diyar Gündüz silahlı və maskalı şəxslərin köməyi ilə mühafizəçilərin əlindən qaçıb.
Crossmedia.az xəbər verir ki, Türkiyəli narkobaron Diyar Gündüz oktyabrın 14-də Almaniyanın Essen şəhərində xəstəxanadan qaçırılıb.
Məlumata görə, maskalı və silahlı şəxslər mühafizəçiləri qandallayaraq Gündüzün qandallarını açıblar və onun qaçmasına şərait yaradıblar. Hadisə yerində binanın girişinə partlayıcıya bənzəyən qumbara maketinin də qoyulduğu bildirilir.
Gündüz və ona kömək edən şəxslər əvvəlcədən hazırladıqları elektrikli skuterlərlə hadisə yerindən müxtəlif istiqamətlərə uzaqlaşıblar.
İki məhkəmə işi üzrə ümumilikdə 17 il həbs cəzası alan Gündüzün barəsindəki hökmlər hələ qüvvəyə minməyib. O, qaçışına kömək edən iki nəfərlə birlikdə Avropada axtarışa verilib.
17:26 18.10.2026
Oxunuş sayı: 59