ABŞ sanksiyaları İraqdakı İrana bağlı qruplaşmaları maliyyə böhranına salıb
ABŞ-nin İrana bağlı silahlı qruplaşmaların liderlərinə qarşı tətbiq etdiyi sanksiyalar onların maliyyə imkanlarını məhdudlaşdırsa da, sıravi döyüşçülərə dövlət büdcəsindən ödənişlər davam edir.
Crossmedia.az bu barədə “Asharq Al-Awsat” nəşrinə istinadən xəbər verir ki, İraqda fəaliyyət göstərən İrana bağlı silahlı qruplaşmalar ABŞ-nin güclənən sanksiya təzyiqi fonunda ciddi maliyyə çətinlikləri ilə üzləşiblər.
Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin qruplaşmaların liderlərinə qarşı tətbiq etdiyi məhdudiyyətlər bir neçə aydır qüvvədədir. Bu tədbirlər təşkilat rəhbərlərinin maliyyə imkanlarına təzyiq göstərir.
Bununla belə, sıravi döyüşçülərə ödənişlərin dayandırılmayacağı bildirilir. Buna səbəb onların əksəriyyətinin İraq dövlətinin dəstəklədiyi “Həşd-Şəbi” təşkilatının strukturlarında qeydiyyatda olmasıdır.
Beləliklə, qruplaşmaların liderlərinə qarşı sanksiyalar tətbiq edilsə də, təşkilat üzvlərinin İraq dövlət büdcəsindən maliyyələşdirilməsi davam edir.
17:33 18.10.2026
Oxunuş sayı: 72