Pentaqonun Yeni Prioriteti – Çin və Tayvan

The Washington Post nəşrinin əldə etdiyi Pentaqonun gizli sənədinə əsasən, ABŞ Müdafiə Nazirliyi bütün prioritetlərini dəyişib və əsas diqqətini Çinə yönəldib.
Crossmedia.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Heqset dünyanın digər bölgələrindəki missiya və hədəfləri ikinci plana keçirərək, Çinə üstünlük verilməsi barədə göstəriş verib.
Tayvanın müdafiəsi əsas hədəfdir.
Yeni strategiyanın əsas məqsədi Çinin Tayvanı nəzarətə götürməsinin qarşısını almaqdır. Pentaqon hesab edir ki, Tayvan məsələsi ABŞ-ın milli təhlükəsizlik maraqları üçün prioritetdir və buna uyğun olaraq hərbi planlar yenidən nəzərdən keçirilir.
Bu dəyişiklik ABŞ-ın qlobal təhlükəsizlik siyasətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
11:15 31.03.2025
Oxunuş sayı: 793