Rusiya faktiki olaraq "kölgə donanması"nın lideri oldu

Rusiya sanksiyalardan yayınaraq neft tədarükünə xidmət edən ən böyük tanker armadasına malik olub. Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın sistemdə 586 gəmisi var ki, bu da İran və Venesueladan təxminən beş dəfə çoxdur. İranın 155, Venesuallanın isə 113 kölgə tankeri var.
Eyni zamanda, Rusiyanın tədarükü sutkada təqribən 3,5 milyon barel təşkil edir ki, bu da sanksiyalar altında olan digər ölkələrlə müqayisədə bir neçə dəfə çoxdur.
Neftin neytral sularda daşınması da daxil olmaqla tanker sxemləri beynəlxalq məhdudiyyətlərə baxmayaraq, Moskvaya nəinki saxlamağa, həm də ixracı genişləndirməyə imkan verir. Əsas axınlar Asiyaya, ilk növbədə Hindistan və Çinə gedir. Bu, Rusiyanın enerji resurslarına artan tələbat fonunda sanksiyaların işləmədiyini sübut edir
10:03 31.03.2025
Oxunuş sayı: 1003