Pit Hegset: Çin ABŞ üçün əsas təhlükədir

ABŞ-nin müdafiə naziri Pit Hegset gizli sənəddə Çini ölkəsinin əsas təhlükəsi adlandırıb və Rusiyanın cilovlanmasını Avropadakı müttəfiqlərə həvalə etməyi təklif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.
Sənədə əsasən, Tayvan müdafiə xərclərini artırmalı, ABŞ-nin müttəfiqləri isə Rusiyanı , Şimali Koreyanı və İranı cilovlamaq üçün daha aktiv rol oynamalıdır. Həmçinin, ABŞ-nin Hind-Sakit okean regionunda hərbi mövcudluğunun gücləndirilməsi nəzərdə tutulur.
Belə ki, mənbə sənədin Heritage konservativ fondunun hesabatına bənzədiyini qeyd edib. Bu fond Tramp ilə əlaqələndirilsə də, onun iddiaları rədd edib.
Hegsetin təklifləri Konqresdə həm demokratlar, həm də respublikaçılar arasında fikir ayrılığına səbəb olub.
Bildirək ki, mənbələr ABŞ-nin Yaxın Şərqdəki hərbi iştirakını azaltmaq planının, İran və Yəmən husilərinə təzyiqlərin davam etdirilməsi ilə ziddiyyət təşkil etdiyini bildiriblər.
Fatimə Məmmədova
23:50 30.03.2025
Oxunuş sayı: 1146