Tramp: Putin qəzəbləndiyimi bilir

Əgər Rusiya ilə Ukrayna mövzusunda razılaşma əldə olunmasa, Rusiyadan neft idxal edən ölkələrə ABŞ-la biznes aparmağı qadağan edəcəyik.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
“Ukraynada axan qanı dayandırmaq üçün Rusiya ilə razılığa gələ bilməsək və bunun Rusiyanın günahı olduğunu qənaətinə gələrsək bunun Rusiya üçün nəticələri olacaq. Rusiya prezidentinin həmkarı Vladimir Zelenskiyə etimadı ilə bağlı şərhləri artıq qəzəb yaradır. Mən ümid edirəm ki, biz anlaşa biləcəyik. Mənim Putinlə yaxında telefon danışığım olacaq. Qəzəb var amma qəzəb tez dağılır və Putinlə anlaşa bilsək, hər şey yaxşı olacaq, əksi Rusiya üçün pis nəticələnər. Putinin şərtləri getdikcə hədəfdən uzaqlaşdırır. Putin qəzəbləndiyimi bilir. Putin bilir ki, mən qəzəblənirəm, amma bizim çox yaxşı münasibətimiz var və Putin düzgün işlər görsə, qəzəbim tez bitər. Əgər anlaşma olmasa Rusiya neftini alan bütün ölkələr ABŞ-la heç bir ticarət edə bilməyəcəklər",- deyə o bildirib.
Nəzrin Salmanova
23:20 30.03.2025
Oxunuş sayı: 1223