Finlandiya Prezidenti Trampa aprelin 20-ni Ukraynada atəşkəs tarixi olmasını təklif edib

Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, o, ABŞ prezidenti Donald Trampa Ukraynada atəşkəs üçün mümkün tarix kimi aprelin 20-ni təyin etməyi təklif edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, aprelin 20-si heç bir şərt olmadan tam atəşkəs üçün yaxşı vaxt olardı.
Finlandiya lideri qeyd edib ki, o, bu tarixi Pasxa bayramının bu gündə qeyd olunacağı və o vaxta qədər Tramp üç ay ABŞ prezidenti vəzifəsini icra etmiş olacağı üçün təklif edib.
Qeyd edək ki, Stubb Floridada Trampla görüşüb və liderlər qolf oynayarkən ikitərəfli münasibətləri müzakirə ediblər.
22:10 30.03.2025
Oxunuş sayı: 1473